ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens etiraf edib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək olduqca çətin olacaq.
525.az “Report” a istinadən xəbər verir.
“Şimali Karolinada üstünlük əldə etməsək, bizim (ABŞ prezidentliyinə namizəd Donald Tramp - Qeyd) qalib gəlməyimiz çox çətin olacaq”, - deyə o bildirib.
Bununla belə, Vens Trampın Şimali Karolinada qalib gəlmə şansını “çox yaxşı” kimi qiymətləndirib.