|
|
|
|

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın xarici işlər naziri Stefan Sejurne ilə İrəvanla Bakı arasındakı sülh müqaviləsini müzakirə edib.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
O da qeyd olunub ki, tərəflər regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar.



