|
|
|
|

Cəfər Cabbarlı Mükafat Komissiyasının növbəti iclası keçirilib.
525.az Azərbaycan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il keçirilən iclasda digər tanınmış şəxslərlə yanaşı Azərbaycan Dövlət Milli Gənc Tamașaçılar Teatrının aktyorları Əməkdar artist Şövqi Hüseynov və aktrisa Simuzər Ağakişiyeva Cəfər Cabbarlı Mükafatına layiq görülüblər.
Qeyd edək ki, Cəfər Cabbarlı adına mükafat 1935-ci ildə təsis olunub. Komissiyanın sədri C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızıdır. Mükafatların təqdimat mərasimi oktyabrın 17-də keçiriləcək.


Ləman İlkin



