"Oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub".
525.az APA-ya istinan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib: “Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Avropa Parlamenti bu qətnamə ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli mövqe nümayiş etdirir, həm də Azərbaycanın əldə etdiyi qələbəyə meydan oxuyur. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal edib, o dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi”.
Sahibə Qafarova narahatlıq doğuran digər məqama da toxunub: “Avropa Parlamentinin noyabrda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə münasibəti də narahatlıq doğurur. Azərbaycan regionda sülh yaratmağa sadiqdir, lakin hər hansı qərəzi qətiyyətlə rədd edir. Ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir. Heç bir təzyiq və hədə qorxu bizi öz yolumuzdan döndərə bilməz”.