https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
search
3 İyul 2026

7 yaşlı uşaq şahmat turnirinin qalibi olub

7 yaşlı uşaq şahmat turnirinin qalibi olub

7 yaşlı həmyerlimiz Mədinə Daşdəmirova  daha bir şahmat yarışında böyük uğura imza ataraq I yerin qalibi olub.

Modern.az xəbər verir ki,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş təsnifat turnirində qızlar arasında keçirilən şahmat yarışında 7 yaşlı Mədinə Daşdəmirova bütün rəqiblərini geridə qoyaraq qələbə qazanıb və birinci yerin sahibi olub.

Ən kiçik yaşlı iştirakçı olmasına baxmayaraq 7 yaşlı Mədinə Daşdəmirova yarışda nümayiş etdirdiyi yüksək mübarizə əzmi ilə fərqlənərək iştirakçılar və yarış kollektivi arasında böyük rəğbət qazanıb.

Azyaşlı fəxrimiz  keçirilən oyunlarda öz istedadını böyük ustalıqla nümayiş etdirərək I yeri əldə etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Diplom və qızıl medalla təltif olunub.

Qeyd edək ki, Mədinə Daşdəmirova Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyevin nəvəsidir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.