https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
search
3 İyul 2026

Azad Rəhimov Türkiyədə təqdimat edəcək

Azad Rəhimov Türkiyədə təqdimat edəcək
Gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd İstanbulda Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimində iştirak etməkdir.
 
İstanbulun "Çırağan" sarayında baş tutacaq təqdimat mərasimində Bakı 2015 Avropa oyunlarına hazırlıq haqda film nümayiş olunacaq, yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növü üzrə yarışlarda mübarizə aparacaqları haqda məlumatlar veriləcək. Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.
 
A. Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının bir il sonra Rioda gerçəkləşəcək Olimpiya oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanmaq istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq.

Nazir eyni zamanda Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bugünədək iştirak etdiyi Olimpiadalarda 26, Avropa və Dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.
 
A. Rəhimov çıxışı zamanı Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, Bədii Gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini, 2016-cı ildə ölkəmizdə Formula 1 Gran Pri, şahmat üzrə Dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq. 
 
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.