|
|
|
|
Avstriya hökuməti dövlət himnini oxumaqdan imtina edən ukraynalı qaçqına vətəndaşlıq verməyib.
525.az xəbər verir ki, bu barədə “Kurier” qəzeti məlumat yayıb.
“Avstriya hökuməti bu şəxsə vətəndaşlıq verilməsi qərarını geri götürüb”, - deyə nəşr yazıb.
Baden bölgəsinin vitse-prezidenti Udo Landbauerin deyib ki, Avstriya ilə özünü tanıtmaqdan imtina edən hər kəs dövlətin əsas prinsiplərini qəbul etmək istəmədiyini göstərir. Sığınacaq məsələləri üzrə müşavir Kristof Luissere isə qeyd edib ki, ukraynalı şəxs barəsində vətəndaşlığın ləğvi ilə bağlı qəbul edilən qərar onun özünə aydındır və qanuni qüvvəyə malikdir.
İbrahim Cəfərov