|
|
|
|

2016-cı ildə Kanadada qanuniləşən tibbi yardımla ölüm (evtanaziya) nisbəti ardıcıl beşinci il artmağa davam edərək, 5 faizə yaxınlaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Health Canada tərəfindən dərc edilən beşinci illik hesabatda ilk dəfə evtanaziya tələb edən insanların etnik mənsubiyyətinə dair məlumatlar yer alıb.
2023-cü ildə təqribən 15 300 insan evtanaziya yolu ilə həyatına son qoyub və bu rəqəm ölkədəki ümumi ölümlərin 4,7 faizini təşkil edib.
Hesabata görə, evtanaziya nisbəti əvvəlki ilə nisbətən 16 faiz artıb.
Evtanaziya tələb edənlərin 96 faizi təbii ölümün qaçılmaz olduğu xəstələr arasında idi. Qalan 4 faiz xroniki xəstəliklər səbəbindən bu prosedurdan faydalanıb.
Evtanaziya tələb edənlərin orta yaşının 77 olduğu və ən çox rast gəlinən əsas tibbi vəziyyətin xərçəng olduğu müəyyən edilib.
Malik Atilay



