|
|
|
|

Karib hövzəsi ölkələrindən olan Haitidə bir binaya silahlı dəstənin hücumu nəticəsində 20 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, silahlı dəstə paytaxt Port-o-Prinsin Petite Riviere məhəlləsindəki binaya basqın edib.
Hücum zamanı aralarında uşaqların da olduğu 20 nəfər ölüb.
Haiti polisi hücuma görə Luckson Elan adlı dəstəni məsul tutaraq, hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.
Hadisə şahidlərindən biri İspaniyanın EFE xəbər agentliyinə verdiyi açıqlamada hücumda ən azı 20 nəfərin yatarkən öldüyünü bildirib və deyib:
"Uşaqlar da daxil olmaqla hamını yatarkən öldürdülər. Görüntülər dəhşətli idi. Dinc əhaliyə qarşı inanılmaz hücumlar həyata keçirilir".
Qeyd edək ki, Haitidə həftəsonu silahlı dəstə hücumları nəticəsində 187 nəfər həyatını itirib.
Malik Atilay



