|
|
|
|

Texasda kiçik mühərrikli təyyarə avtomobil yoluna eniş edib.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.
Nəticədə hərəkətdə olan 4 avtomobillə toqquşan təyyarə ikiyə bölünüb.
Qəza nəticəsində 4 nəfər yaralanıb. Həyati təhlükə olmasa da, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, təyyarədə pilot tək olub. Onun yoxlanışı davam edir. Eyni zamanda, təyyarəni hansı səbəbdən avtomobil yoluna endirməsi araşdırılır.
L.Tağıyeva



