Liviyanın qərbində yerli hökümət orqanları vətəndaşlara yeni il və Milad bayramını qeyd etməyi yasaqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hökümət bunun şəriət qanunlarına zidd olması ilə əlaqələndirib.
Artıq, buna qarşı mübarizə başlayıb. Məsələn, Benqazidə mağazalardan yeni il və Milad bayramı ilə bağlı satılan oyuncaqlar müsadirə olunub. Belə oyuncaqlar satanları və ya nümayiş etdirənləri ciddi cəza gözləyir.
Qeyd edək ki, daha ölkənin şərqində hökümət yetkililəri analoji addım atmışdılar.
L.Tağıyeva