Gürcüstan parlamenti mitinq və aksiyalarda üzbağlayıcı vasitələrdən istifadəni qadağan edən qanun layihəsinə düzəlişi 3-cü - sonuncu oxunuşda qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 82 deputat "Toplaşmaq haqqında qanun"a düzəlişin lehinə səs verib. Əleyhinə səs verən ümumiyyətlə, olmayıb.
Bundan sonra mitinq, aksiya və digər yığıncaqlarda üzlərini maska və digər vasitələrlə gizlədənlər ciddi cəzalandırılacaq.
Qeyd edək ki, parlamentin son iclasında pirotexniki vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanuna da düzəlişlər edilib. İndən belə bu işlə xüsusi lisenziyasız məşğul olanları 5 min lari (təxmini 2900 manat) cərimə gözləyir. Təkrar olunacağı təqdirdə cərimə 6 min lari olacaq. Pirotexniki vasitələrin müsadirə edilməsi də öz yerində.
L.Tağıyeva