
Fransızların dörddə üç hissəsi Emmanuel Makronu pis prezident hesab edirlər.
525.az xəbər verir ki, bu barədə Odoxa şirkətinin “Depeche” nəşri üçün araşdırmasında deyilir.
“Prezident rekord səviyyədə qeyri-populyardır: fransızların 74 faizdən çoxu onun pis prezident olduğunu düşünürlər”, - materialda deyilir.
Sağçı Milli Birlik və solçu Fəth edilməmiş Fransa partiyalarının əksər tərəfdarları Makronun hərəkətlərini bəyənmirlər.
Araşdırma müəllifləri qeyd ediblər ki, Fransa sakinlərinin yalnız 24 faizi Makronu dəstəkləyir və ya ona rəğbət bəsləyir. Bu qeyri-populyarlıq səviyyəsi həm çaşqınlıq yaradan və narahatedici siyasi kontekstlə, həm də fransızlar tərəfindən çox geniş şəkildə rədd edilən prezidentin şəxsiyyəti ilə izah olunur.
Bundan əvvəl ölkə parlamentindəki “Fəth edilməmiş Fransa” fraksiyasının lideri Mathilde Pano Emmanuel Makronun istefasını tələb edib. O, tələbini Fransa lideri tərəfindən ölkənin yeni baş naziri Fransua Bayrunun təyin edilməsi ilə izah edib.
Pərvanə Sultanova



