
Bu gün səhər saatlarında Viskonsin ştatının Medison şəhərində yerləşən xristian məktəbində atışma olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralanıb.
Bu barədə sosial şəbəkə hesabında məlumat yayan yerli polis vətəndaşları hadisə baş verən yerə yaxınlaşmamağa çağırıb. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə xəbər verilmir.
Qeyd edək ki, yerli ABC News telekanalı cinayətkarın polis tərəfindən ələ keçirilməsi barədə süjet yayımlayıb.
L.Tağıyeva



