|
|
|
|

“Kosmik Tibbin əsasları” təlimi bizim birgə addımladığımız uzun bir yolun başlanğıcıdır. Kosmik tibb elmdə yeni istiqamət olsa da, bu sahəyə maraq artmaqdadır".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) regional direktorunun müavini Məryəm Qafarzadə “Kosmik Tibbin əsasları” mövzusunda təlimin açılışında deyib.
“Gələcəkdə ICESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlər və təlimlərin keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, birgə səylər və fəaliyyət nəticəsində biz kosmik tibb sahəsində böyük nailiyyətlər əldə edəcəyik”, - deyə M.Qafarzadə əlavə edib.



