https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
search
3 İyul 2026

“Qarabağ” erməni təxribatına görə müraciət etdi

“Qarabağ” erməni təxribatına görə müraciət etdi

Noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə qarşılaşacaq “Qarabağ” Fransa klubuna müraciət edib.

Bu haqda Qol.Az saytına “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

“Fransada erməni lobbisinin güclü olduğunu nəzərə alaraq, “Sent-Etyen” – “Qarabağ” oyununda ermənilər tərəfindən istənilən təxribatın törədilməsi mümkündür. Bu günlərdə cəbhədə Ermənistana məxsus helikopterin vurulmasından sonra ermənilər tərəfindən bizə qarşı aqressiv münasibət daha da çoxalıb.

Bütün bunlarla əlaqədar,  komandamızın üzvlərinin təhlükəsizliyini gücləndirmək və oyunda futbolçularımıza, Azərbaycana qarşı mümkün təxribatların qarşısını almaq üçün əvvəlcədən  “Sent-Etyen”klubuna müraciət etmişik” – deyə N.İbrahimov bildirib.

Onun sözlərinə görə, eyni müraciət qrup mərhələsi üçün “Sent-Etyen”ə təhkim olun olunmuş UEFA-nın daim nümayındəsinə  də edilib.

Klub rəsmisi bildirib ki, “Qarabağ”ın təhlükəsizliyi daha da gücləndirmək və erməni təxribatının qarşısını almaq məsələsi oyundan öncə keçiriləcək rəsmi iclasda da qaldırılacaq.

“Matçdan öncə UEFA nümayəndəsi, hər iki klubun təmsilçiləri, polis və təhlükəsizlik orqanları əməkdaşlarının iştirakı ilə iclas keçirilir. Bu məsələ həmin iclasda da qaldırılacaq. İnanırıq ki, Fransa tərəfi “Qarabağ” klubunun təhlükəsizliyini təmin etmək, ermənilərin mümkün təxribatının qarşısını almaq üçün lazımi addımları atacaq” – deyə N.İbrahimov bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.