ABŞ prezidenti Donald Tramp 50 mindən çox dövlət işçisini ixtisar edə bilər.
525.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
“Fərman 50 min və ya daha çox adamın işdən çıxarılmasına səbəb ola bilər”, - nəşr əlavə edib.
Virciniya Universitetinin dosenti Reyçel Potterin sözlərinə görə, sərəncam “federal işçi qüvvəsinin kütləvi şəkildə yenidən təşkilinə” səbəb ola bilər.
Bundan əvvəl Tramp administrasiyası ABŞ Ədliyyə Nazirliyinin 15-dən çox təcrübəli əməkdaşını ixtisar edib. Donald Tramp 2025-ci il yanvarın 20-də ABŞ-ın 47-ci prezidenti kimi and içib. O, sələfi Co Baydenin bütün “axmaq” fərmanlarını ləğv edəcəyini, həmçinin Ukraynadakı münaqişəni dayandıracağını və üçüncü dünya müharibəsinin qarşısını alacağını vəd edib.
Pərvanə Sultanova