|
|
|
|

Amhar əyalətinin Davunt rayonunda baş verən avtobus qəzası zamanı 25 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Onlar Davunt və Dessi şəhər xəstəxanalarına yerləşdiriliblər.
Qəzaya səbəb kimi əlverişsiz yolda avtobusun yüksək sürətlə hərəkət etməsi göstərilir.
Qeyd edək ki, əhalisinin sayına görə Afrikada ikinci pillədə olan Efiopiyada bu tip qəzalar artıq adi hala çevrilib. Əsas səbəb yolların ciddi təmirə ehtiyacının olmasıdır.
Yeri gəlmişkən, ötən ilin dekabrında məhz əlverişsiz yolda hərəkət edən yük avtomobilinin çaya aşması nəticəsində 70 nəfər həyatını itirmişdi.
L.Tağıyeva



