|
|
|
|

Tailandın paytaxtında havanın həddən artıq çirklənməsi üzündən 250-dən çox məktəbdə tədris dayandırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, çirklilik Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normanı 13,3 dəfə keçib.
Məmurlar insanlara bacardıqca bayıra çıxmamağı, evdən onlayn işləməyi tövsiyə ediblər.
Qeyd edək ki, Banqkok çirkli havasına görə böyük şəhərlər arasında dünyada 6-cı yerdədir.
L.Tağıyeva



