|
|
|
|

Rusiya yaxın gələcəkdə Cənubi Sudan, Syerra-Leone və Nigerdə səfirliyini açmağı planlaşdırır.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, əvvəlcə Niger və Syerra-Leonedə diplomatik nümayəndəliklər açılacaq. Daha sonra növbədə Cənubi Sudandır.
Qeyd edək ki, keçmiş SSRİ-nin adıçəkilən ölkələrdə 1992-ci ilə kimi səfirlikləri olub. Lakin imperiya dağıldıqdan sonra Rusiya bu ölkələrdə maliyyə səbəblərindən səfirlik saxlamağı məqbul saymayıb.
L.Tağıyeva



