|
|
|
|

Nigeriyada heyvanlardan insanlara keçən virus olan Lassa qızdırmasından ölənlərin sayı ilin əvvəlindən 22 nəfərə çatıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) edilən açıqlamada Lassa qızdırmasının epidemiyasının ölkənin 7 əyalətində yayılmağa davam etdiyi bildirilib.
Açıqlamada ilin əvvəlindən ölkədə 484 şübhəli Lassa qızdırması hadisəsinin aşkar edildiyi və onlardan 143-nün analizlərinin müsbət çıxdığı bildirilib.
Açıqlamada bu müddət ərzində epidemiyada həyatını itirənlərin sayının 22-yə çatdığı paylaşılıb.
Qeyd edək ki, keçən il ölkə daxilində 190 adamın ölümünə səbəb olan epidemiyada hökumət xəstəliyin müalicəsi üçün 3 dərman təyin edildiyini açıqlamışdı.
Malik Atilay



