|
|
|
|

BMT Baş katibinin Haiti üzrə xüsusi nümayəndəsi Mariya İzabel Salvador Haitidəki humanitar böhranın həyəcan verici həddə çatdığını və ölkədə 6 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Salvador BMT Təhlükəsizlik Şurasının Haiti ilə bağlı sessiyasında üzv dövlətlərə məlumat verib.
Artan təhlükəsizlik böhranının BMT-nin əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd edən Salvador, BMT-nin paytaxt Port-o-Prinsə uçuşların dayandırılması və geniş yayılmış zorakılıq səbəbindən paytaxtdakı mövcudluğunu müvəqqəti olaraq azaltmaq qərarına gəldiyini bildirib.
Mariya İzabel Salvador, digər tərəfdən, BMT-nin həyati yardım göstərməyə davam etdiyini bildirərək, əlavə edib: "BMT təhlükəsizlik şərtləri imkan verdiyi zaman mövcudluğunu artırmağa sadiqdir və personalın təhlükəsizliyini təmin etmək və onlara dəstək olmaq üçün təhlükəsizlik mühitini daim izləyir."
Malik Atilay



