|
|
|
|
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə gəlib.
525.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, fevralın 18-da Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“Zelenski və onu müşayiət edən nümayəndə heyətinin olduğu təyyarə saat 21:08-də (Bakı vaxtı ilə 22:08-də - İ.C.) Ankara Esenboğa hava limanına enib... Zelenskini hava limanında rəsmilər qarşılayıb. Sabah Ukrayna liderinin Ərdoğanla görüşü planlaşdırılır”, - deyə nəşr yazıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Ərdoğan və Zelenski Ukraynadakı son hadisələri, eləcə də digər regional və qlobal məsələləri müzakirə edəcəklər.
İbrahim Cəfərov