https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

“Reynaldonun zədələnməsinin mənə faydası var”

“Reynaldonun zədələnməsinin mənə faydası var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının üç legioner futbolçusu – Cumbinyo, Dias və Reynaldo Silvanın zədələri səbəbindən Avropa Liqasının və Premyer Liqanın son bir neçə oyununda iştirak etməməsi haqda danışıb.

Qol.Az saytının müxbiri ilə söhbətində Q.Qurbanov bildirib ki, hər üç oyunçunun matçlara çıxmaması komandanın özü üçün problem yaradır.

“Cumbinyo uzun müddətə sıradan çıxıb. Təəssüf ki, Reynaldo və Diasın “İnter”lə Avroliqanın son oyununda meydana çıxmaq ehtimalı çox azdır. Əlbəttə, bu, bir məşqçi kimi mənim futbolçu seçimi imkanımı azaldır”.

Bununla belə, Q.Qurbanov maraqlı bir etiraf da edib. O deyib ki, əslində komandanın aparıcı futbolçularının zədələnməsi oyunçu seçimi zamanı ona problem yaratsa da, əslində bunun faydasını görür.

“Olur ki, lider futbolçular zədələnərkən çox oynamaq şansı əldə etməyən oyunçuların xidmətindən istifadə edirsən. Onlar da özlərini yaxşı tərəfdən göstərə bilirlər. Bu mənada, aparıcı futbolçun zədələnərkən digər oyunçulara şans verirsən, bunun da məşqçiyə faydası dəyir”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.