|
|
|
|

Bu gün Prşerov rayonunda, Qustopeçe-nad-Beçvou yaşayış məntəqəsi yaxınlığında benzol daşıyan qatarda yanğın olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alov benzol və zəhərli maddələrlə dolu azı 5 vaqonu əhatə edib.
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub. Hətta 20 metr yüksəkliyə qalxan alovu söndürmək üçün təyyarə köməyə gəlib.
Yerli hakimiyyət orqanları, əhalini evlərini tərk etməməyə, zəhərli maddələrdən qorunmaq üçün qapı və pəncərələri bağlı saxlamağa çağırıb.
Qeyd edək ki, yanğının nədən baş verdiyi hələlik məlum deyil.
L.Tağıyeva



