https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
3 İyul 2026

"Qarabağ" jurnalistlərə müraciət etdi

"Qarabağ" jurnalistlərə müraciət etdi

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin İtaliya "İnter"i ilə keçiriləcək oyunu ilə əlaqədar jurnalistlərə müraciət edib.

Qol.Az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitəsi ilə yayılan müraciətdə deyilir:

"Dəyərli media mənsubları!

Dekabrın 11-də Avropa Liqasının VI turunda "Qarabağ" İtaliya "İnter"ini qəbul edəcək. Ölkə futbol tarixinin bəllkə də ən vacib qarşılaşmasına böyük marağın olması anlaşılandır. Ötən oyunlarda media sektorundakı bəzi xoşagəlməz hallar UEFA-nın oyuna təhkim olunmuş qrupun məruzəsində  qeyd edilib.

Media sektorunda iş səmərəliliyinin təmin olunması üçün UEFA-nın müvafiq qurumunun təlimatlarına əsasən, aşağıdakı şərtlərlə akkreditə vərəqəsini əldə etmək şansı mümkündür:

Oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.
PFL-dən 96 mətbu orqan qeydiyyatdan keçdiyinə görə 96 akkreditə veriləcək (qeydiyyatdan keçənlərdən hansısa olmadığı halda müraciət edən orqanın aktivliyinə görə əlavə akkreditə əldə edə bilər)
PFL-də qeydiyyatdan keçməyən mətbu orqanlar qonaq sektoruna bilet əldə edə bilərlər (maksimum 2 ədəd)

Qeydiyyatdan keçmiş mətbu orqanlar əlavə əməkdaşlarına da maksimum 2 ədəd bilet əldə edə bilərlər.

Qeydiyyatdan keçmək üçün dekabr 5- saat 12:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected]  adresinə göndərməsi xahiş olunur.

Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcək. PFL- qeydiyyatl olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflara da şamil olunur)  

"Qarabağ" - "İnter" oyununda sadəcə, fərdi olan, fotolu akkreditasiya vəsiqəsi ilə iştirak mümkün olacaq. Akkreditasiyaları 8-9 dekabr tarixlərində 9:00-dan 18:00-a qədər  Suraxanıda yerləşən "Qarabağ" Futbol Klubunun bazasından əldə edə bilərsiz.

Əlaqə telefonları:
077 219-39-19
055-272-79-99"

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.