|
|
|
|

İtaliyanın Baş naziri Giorgia Meloni NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqinin Ukraynaya da şamil olunmasını təklif edib.
525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
NATO Nizamnaməsinin 5-ci maddəsi kollektiv müdafiəyə həsr olunub, blokun üzvləri hansısa hücum, təhlükə zamanı bir-birlərini qorumağa borcludurlar.
Baş nazirin sözlərinə görə, onun təklifi NATO-ya daxil olmaqdan fərqlidir, lakin bu, Alyans ölkələrinin təsir dairəsinin Ukraynaya da uzanacağı anlamına gəlir.
Pərvanə Sultanova



