|
|
|
|

Səudiyyə Ərəbistanı ABŞ və Ukrayna arasında görüşün gələn həftə Ciddədə keçiriləcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada Səudiyyə Ərəbistanının ABŞ və Ukrayna arasında gələn həftə Ciddədə keçiriləcək görüşü alqışladığı bildirilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Ukrayna böhranına son qoymaq üçün davamlı sülhə nail olmaq üçün səylərini davam etdirib.
Açıqlamada Səudiyyə Ərəbistanının son 3 ildə bu mövzuda çoxlu görüşlərə ev sahibliyi etdiyi xatırladılıb.
Malik Atilay



