|
|
|
|

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XIN) ölkənin Rusiyadakı səfirlik əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə Rusiya tərəfinin ittihamlarını rədd edib.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
"Bu, Rusiyanın əməkdaşlarımıza qarşı qərəzli və əsassız ittihamlar irəli sürdüyü ilk hal deyil", - Britaniya XİN-in bəyanatında bildirilib.
Qeyd edək ki, Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti iki Britaniya diplomatını kəşfiyyat fəaliyyətində ittiham edib. Rusiya XİN tərəfindən onlara iki həftə ərzində ölkəni tərk etmək tapşırılıb.



