|
|
|
|

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində baş verən böyük yol qəzası nəticəsində 12 nəfər həlak olub, 45 nəfər xəsarət alıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə AP agentliyi xəbər verir.
Məlumata görə, avtobus əsas hava limanının yaxınlığında şosedə aşıb. Qəzada başqa avtomobillər iştirak etməyib.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.



