|
|
|
|

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini əla adlandırıb.
525.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Mask Vaşinqton və Kiyev arasında aparılan danışıqların Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm addım olduğunu bildirən ABŞ dövlət katibi Mark Rubionun yazısını şərh edib: “Əla iş!”
Xatırladaq ki, martın 11-də Ciddədə ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar baş tutub. Bunun ardınca Zelenskinin ofisi bəyanat yayıb və orada Kiyevin Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğu bildirilib.
İbrahim Cəfərov



