|
|
|
|
“Biz Antalya Diplomatiya Forumunda Ukrayna və Rusiyadan olan rəsmiləri görüşdürdük, sülhə nail olmaq istəyirdik. Amma ABŞ müharibənin davam etməsini istədi”.
525.az APA ya istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyənin təklifini bəzi Aİ ölkələri dəstəkləyib, tam dəstək verilməyib.