|
|
|
|
Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyaya dəstək vəd edib.
525.az xəbər verir ki, bu barədə “DW” şirkətin baş direktoru Armin Papperqerə istinadən yazıb.
“Rheinmetall öz məhsullarını sülhməramlıları silahlandırmaq üçün təklif etməyə hazırdır”, - Papperqer vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, hələlik nəzəri imkanlardan danışılır və konkret müzakirələr aparılmır.
“Rheinmetall” 2000-dən çox məhsul təklif edə bilər, lakin mümkün tədarüklər üçün konkret rəqəmlər göstərilmir.
Pərvanə Sultanova