|
|
|
|
Rusiya Ukraynada müvəqqəti atəşkəs əldə olunmasını istəmir.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Moskva uzunmüddətli nizamlanmada maraqlıdır və o, bu mövqeyini Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsa açıqlayıb.
Uşakov, həmçinin Ukraynada dinc hərəkətləri imitasiya edən addımların heç kimə lazım olmadığını bildirib və təklif olunan müvəqqəti atəşkəsin Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey olmadığını iddia edib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında sakit şəkildə normal fikir mübadiləsi gedir və Moskva ümid edir ki, Birləşmiş Ştatlar Ukraynadakı müharibənin həlli ilə bağlı tələblərini nəzərə alacaq.
Pərvanə Sultanova