|
|
|
|
Rusiya dövlət başçısı Vladimir Putin martın 13-14-də ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə Ukraynada atəşkəslə bağlı danışıqlar aparacaq.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko jurnalistlərlə söhbəti zamanı bildirib.
O qeyd edib ki, atəşkəsdən əlavə, tərəflərin müzakirə etməli olduğu bir çox məsələlər var.
“Ölçü götürülməli və müvafiq qərarlar qəbul edilməlidir”, - deyə Balrus prezidenti əlavə edib.
Xatırladaq ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Moskvaya gəlib.
İbrahim Cəfərov