“Avropa İttifaqı (Aİ) ölkələrinin bir sıra səfirləri Gürcüstanın daxili işlərinə qarışır və ikili standartlarla hərəkət edirlər”.
525.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O qeyd edib ki, Aİ illik bülletenlər buraxır və namizəd ölkələrin tərəqqisini qiymətləndirir. 2024-cü ilin oktyabrında dərc edilmiş sənəddə isə Gürcüstanın nailiyyətləri ümumilikdə müsbət qiymətləndirilib.
“Bir tərəfdən Gürcüstan iqtisadi göstəricilərinə görə bütün namizəd ölkələri qabaqlayır. Digər tərəfdən isə Gürcüstanın radikal müxalifəti və qeyri-hökumət təşkilatları Aİ-yə hesabat verən müxtəlif Avropa fondlarının köməyi ilə maliyyələşir”, - deyə Papuaşvili bildirib.
Spiker əlavə edib ki, müxalifətin məqsədi ölkə iqtisadiyyatını sarsıtmaqdır.
İbrahim Cəfərov