|
|
|
|
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin münaqişəyə son qoymaq üçün Rusiyaya təzyiq göstərəcəyinə ümid edir.
525.az xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” məlumat yayıb.
Ukrayna lideri artıq bir gündən artıqdır ki, “dünya Rusiyadan verilən təkliflərlə bağlı mənalı cavab eşitmir” deyib.
Zelenskinin fikrincə, hadisələrin bu cür inkişafı Moskvanın sülhün başlanmasını mümkün qədər gecikdirməyə çalışdığını göstərir.
“Biz ümid edirik ki, ABŞ-nin təzyiqi Rusiyanı müharibəni dayandırmağa inandırmaq üçün kifayət edəcək”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.
İbrahim Cəfərov