|
|
|
|

Avstraliyanın Kvinslend ştatında məktəblərin birində təsadüfən daşlaşmış dinozavr izləri aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 il heç kim bu izlərin dinozavlara məxsus olduğunun fərqinə varmayıb.
Belə ki, 2002-ci ildə daş kömür mədəninin işçiləri üzərində qeyri-adi naxışlar olan daş plitə tapıblar və onu Biloela şəhərciyindəki məktəbə hədiyyə ediblər. Plitə 20 ildən çox məktəbin foyesində bəzək əşyası kimi qalıb.
Müəllimlərdən biri tanışı, Kvinslend Universitetinin paleontoloqu Entoni Ramilioya daşın üzərindəki izlər barədə məlumat verdikdən sonra, alim heyrətlə onların dinizavra məxsus olduğunu bildirib.
Ramilionun araşdırmasından sonra məlum olub ki, izlər təxminən 200 milyon il, Yura dövründə yaşamış kiçik otyeyən dinizavrın yadigarıdır.
Qeyd edək ki, alim bundan sonra plitə tapılan ərazidə dinozavrların mövcud olduğu dövrə aid daha bir neçə vacib tapıntı aşkarlayıb.
L.Tağıyeva



