|
|
|
|

Moskva vilayətində 4 miqrantın ölümündə günahlandırılan rusiyalı həbs olunub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, miqrantlar Çexov şəhərində yerləşən istixanalardan birində baş vermiş yanğın zamanı həyatlarını itiriblər.
Məsələ burasındadır ki, istixana sahibi miqrantları qanunsuz saxlayır və işlədirmiş. Yanğın isə işçilərin qaldığı komada elektrik naqillərində baş vermiş qısaqapanmadan sonra başlayıb və sonradan ətrafa yayılıb.
Adı açıqlanmayan rusiyalı eyni zamanda miqrasiya və təhlükəsizlik qaydalarını pozduğu üçün polis tərəfindən saxlanılıb və məhkəməyə qədər təcridxanaya yerləşdirilib.
Qeyd edək ki, miqrantların şəxsiyyəti və hansı ölkədən olduqları açıqlanmır.
L.Tağıyeva



