Keniya prezidenti Uilyam Rutonun karteji yolu keçmək istəyən əcnəbinin vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Nqonq-roud şossesində baş verib.
Ağır xəsarətlər alan əcnəbi hadisə yerindəcə keçinib.
Kortej təhlükəsizlik baxımından yoluna davam edib. Cəsəd isə bir qədər sonra Nayrobi xəstəxanalarından birinin moqruna aparılıb.
Qeyd edək ki, ölən şəxsin kimliyi və milliyəti açıqlanmasa da, sonradan onun britaniyalı 79 yaşlı Edqar Çarlz Frederik olduğu bilinib. O, Keniyaya qohumlarının yanına qonaq gəlibmiş.
L.Tağıyeva