Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib.
525.az “Report” a iistinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq", - İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu keçsə, göyərtəsində insanların olduğu kosmik gəmilər artıq 2029-cu ildə göndərilə bilər.
"İnsanların eniş etməsi üçün daha çox ehtimal olunan tarix 2031-ci ildir", - o əlavə edib.