|
|
|
|

Şimali Makedoniya hökuməti Koçani şəhərində baş vermiş faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Koçanidə baş vermiş yanğında 59 nəfər həyatını itirib.
“Koçanidə yanğın nəticəsində 59 gəncin həlak olması, yüzlərlə zərərçəkənin xəstəxanalara yerləşdirilərək tibbi yardım alması ilə bağlı hökumətin bu gün keçirilən növbədənkənar iclasında bütün ölkə ərazisində 7 günlük matəm elan edilməsi qərara alınıb. Hər kəs bu qərara əməl etməyə borcludur. Əks halda ciddi sanksiyalar nəzərdə tutulub”, - deyə Nazirlər Kabinetinin bəyanatında deyilir.
Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski Koçani şəhərində konsert zamanı baş verən yanğında 59 nəfərin öldüyünü, 155 nəfərin yaralandığını bildirib.
Şəhər xəstəxanasının rəhbəri Kristina Serafimova isə qeyd edib ki, yanğın zamanı həlak olan gənclərin yaşı 14-25 arasındadır.
İbrahim Cəfərov



