|
|
|
|

Gürcüstan məhkəməsi respublikanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə daha 4,5 il müddətinə azadlıqdan məhrum edib.
525.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Qeyd olunub ki, hakim bu müddəti Saakaşvilinin ötən həftə külli miqdarda büdcə vəsaitlərini mənimsədiyinə görə aldığı doqquz illik həbs cəzasına əlavə edib.
Xatırladaq ki, martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə günahkar bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.
İbrahim Cəfərov



