|
|
|
|

Avropa İttifaqı (Aİ) Suriyaya maliyyə yardımını əhəmiyyətli dərəcədə artıracaq.
525.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ Suriyaya 2025 və 2026-cı illər üçün təxminən 2,5 milyard avro ayıracaq.
Fon der Lyayen BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinad edərək, bu il 1,5 milyon suriyalının öz ölkəsinə qayıda biləcəyini vurğulayıb.
Avropa Komissiyasının sədri yardım üçün üç prioritet istiqaməti vurğulayıb: humanitar ehtiyacların ödənilməsi, sosial-iqtisadi dirçəlişin dəstəklənməsi və ölkənin inklüziv siyasi prosesinin təşviqi.
O, digər donorları da Suriyaya dəstək olmağa çağırıb.
İbrahim Cəfərov



