Roatan adasından havaya qalxan "Lanhsa" aviaşirkətinə məxsus təyyarə uçuşdan az sonra dənizə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə göyərtədə olan 25 sərnişindən 6-ı həyatını itirib.
33 nəfər üçün nəzərdə tutulmuş "Jetstream 41" markalı təyyarə hava limanından 1 km məsafədə suya düşüb. Hadisə yerinə gələn xilasedicilər cəlb olunublar. Onlar sərnişinləri sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, La-La-Seyba şəhərinə uçmalı olan təyyarənin qəza səbəbləri araşdırılır. İlkin ehtimal kimi texniki problemlər göstərilir.
L.Tağıyeva