Bu gün Yakutsk şəhərində yük avtomobili və sərnişin avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "KamAZ" markalı yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Onlardan bir neçəsi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu, gün ərzində "KamAZ"ın iştirakı ilə ikinci ağır qəzadır. Dünən axşam Çimkənt şəhərində qatar dəmir yolunu işıqforun qırmızı işığında keçmək istəyən digər yük maşınını vurub. Nəticədə 56 yaşlı sürücü hadisə yerində həyatını itirib.
L.Tağıyeva