ABŞ dövlət başçısı Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar çox yaxşı keçib.
525.az xəbər verir ki, bu barədə “NBC News” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlara yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 18:00) start verilib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da danışıqların başa çatdığını təsdiqləyib.
Xatırladaq ki, ABŞ və Rusiya arasında danışıqlara fevralın 12-də start verilib. Bu 3 illik fasilədən sonra tərəflərin ilk təması idi. Daha sonra razılaşmaların davamı olaraq Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları baş tutub.
İbrahim Cəfərov