Finlandiyada olan Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya liderləri - Donald Tramp və Vladimir Putin arasındakı danışıqlara münasibət bildirib.
525.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Ukrayna prezidenti qeyd edib ki, münaqişənin həlli üçün Avropa danışıqlar masası arxasında olmalıdır:
“Avropanın təhlükəsizliyi ilə bağlı hər şey məhz Avropa ilə birlikdə həll edilməlidir”.
Qeyd edək ki, Zelenskinin Finlandiyaya səfəri ölkəsinin müdafiəsinə dəstək və Ukrayna silahlarının istehsalına investisiyalar üzrə danışıqlarla bağlıdır.
İbrahim Cəfərov