|
|
|
|

ABŞ-nin Nyu-York şəhərindəki məşhur Tayms Meydanında naməlum şəxs bir nəfəri yandırıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, səlahiyyətlilər 45 yaşlı qurbanın xəstəxanaya aparıldığını və vəziyyətinin stabil olduğunu bildirib.
Hadisə bazar günü səhər saat 04:00 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, alov içində olan şəxs təxminən 30 metr qaçıb. Yaxınlıqda olan bir nəfər yanğınsöndürənlə müdaxilə edərək alovu söndürüb.
Malik Atilay



