Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının tapıldığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, Pensilvaniya Universitetindən bir arxeoloji qrupun cənubdakı Abydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid kral məzarı aşkar etdiyi bildirilib.
Bildirilib ki, Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib.
Malik Atilay